İdman

"Qalatasaray"a hörmət edirik, ancaq bizim də hədəflərimiz var" - Füzuli Məmmədov

31 Avqust 2020 20:04
Baxış: 1 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında komandasının "Qalatasaray"la (Türkiyə) oyuna qələbə qazanmaq üçün çıxacağını deyib:

"Püşkatmadan əvvəl də demişdim, potensial rəqiblərimizdən hansı ilə düşəcəyimizin fərqi yox idi. Çünki üçü də güclü komandalardır. Amma əsas istəyimiz evdə oynamaq idi ki, bu da oldu. "Qalatasaray"la qarşılaşacağıq. Türkiyənin ən böyük komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də hədəfimiz var. Meydana qələbə qazanmaq üçün çıxacağıq".

Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" oyunu sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.