İdman

Avroliqada bütün yarımfinalçılar müəyyənləşdi

12 Avqust 2020 08:19
Baxış: 1 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinin son iki oyunu keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ukraynanın "Şaxtyor" klubu İsveçrənin "Bazel" klubu üzərində 4:1 hesablı qələbə qazanıb. "Şaxtyor"un heyətində qolları Junior Moraes, Tayson, Alan Patrik (penalti) və Dodo, "Bazel"in heyətində isə yeganə qolu Rikki van Volfsvinkel vurub.

Digər oyun İspaniyanı "Sevilya" klubu İngiltərənin "Vulverhempton" klubu üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu Lukas Okampos vurub.

Beləliklə, "Şaxtyor" və "Sevilya" UEFA Avropa Liqasının yarımfinalına yüksəliblər.

Qeyd edək ki, yarımfinalda "Şaxtyor" İtaliyanın "İnter" klubu ilə, "Sevilya" isə İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşacaqlar.

11 avqust

"Vulverhempton" - "Sevilya" - 0:1
Qol: Okampos, 88

"Şaxtyor" - "Bazel" - 4:1
Qollar: Moraes, 2 (1:0), Tayson, 22 (2:0), Patrik, 75 (3:0), Dodo, 88 (4:0), Van Volfsvinkel, 90+2 (4:1)

10 avqust

"Mançester Yunayted" - "Kopenhagen" - 1:0

"İnter" - "Bayer" (Leverkuzen) - 2:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.