İqtisadiyyat

"Bank kredit borcuna görə tanışlarınıza zəng edə bilməz" - AÇIQLAMA

16 Oktyabr 2025 20:21
Baxış: 402
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kredit götürərkən banklar vətəndaşdan zəruri olan bütün məlumatları alıb daha sonra vəsait ayırırlar. Bura yaşayış yeri, iş yerinin olması, kredit tarixçəsi kimi məlumatlar daxildir. Ancaq sonda kredit götürən şəxsdən bir neçə tanışın mobil nömrəsi tələb olunur. Xüsusilə ilə ailə üzvləri və iş yoldaşları bura aiddir. Ödənişlə bağlı gecikmə olanda zəng edib həmin şəxslərə xəbərdarlıq edirlər. 

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bank işləri üzrə mütəxəssis Emin Kərimov bildirib ki, heç bir kredit müqaviləsi olmadan və ya öhdəlik müqaviləsi imzalanmadıqda hər hansı iddia qaldırılması qanunauyğun deyildir:

"Şəxs yalnız zərurət anında onunla əlaqə saxlanılması və ya hər hansı məlumatın ona ötürülməsi üçün qohum nömrəsi təqdim edə bilərlər. Amma nömrəsi verilən şəxslər həmin kreditə görə məsuliyyət daşımırlar". 

Mövzu ilə bağlı hüquqşünas Samir Süleymanov bildirir ki, bank krediti götürən şəxsdən başqasının nömrəsini tələb edə bilməz:

"Bu, bank haqqında qanunun 41-ci maddəsinə əsasən, tənzimlənir. Həmin maddədə bildirilir ki, bank bununla bağlı tələb yox, təklif eləyə bilər. Bu zaman yaxın qohumların məlumatları, yəni telefon nömrələri verilə bilər. Lakin həmin məlumatların verilməsi 3-cü şəxslərin hüquqlarını pozur. Bu zaman həmin şəxsi narahat etmiş olurlar". 

Qeyd edək ki, bankların müştərinin yaxınlarına zəng etməsi bank və müştəri arasındakı gizliliyin pozulmasına gətirib çıxarır. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.