Şou-biznes

"Yabancı damat"ın məşhur aktyoru ÖLDÜ - FOTO

16 Oktyabr 2025 14:47
Baxış: 3 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin məşhur "Yabancı damat" serialında "Memik dede" obrazı ilə tamaşaçıların yaddaşına həkk olunan aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib.

Milli.Az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə aktyorun oğlu Mehmet Güzelbeyoğlu məlumat verib.

Türk kino və teatrının tanınmış simalarından olan sənətkar 90 yaşında dünyasını tərk edib.

1935-ci il 11 sentyabrda Qaziantepdə doğulan Arif Erkin Güzelbeyoğlu sənət həyatında memarlıq, musiqi və aktyorluğu özündə birləşdirib. O, İstanbul Radiosunda solist və xor ifaçısı kimi çıxış edib, bir çox teatr tamaşalarına musiqi bəstələyib.

Sənətkar "İkinci bahar" serialındakı "Zülfikar ağa" və "Yabancı damat"dakı "Memik dede" rolları ilə geniş tamaşaçı kütləsinin sevgisini qazanıb.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.