İdman

Vinisius məhkəmə qarşısına çıxır - Həbs edilə bilər - FOTO

16 Oktyabr 2025 12:47
Baxış: 484
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior Rio-de-Janeyroda 25 illik ad günü münasibətilə keçirdiyi şənliyə görə məhkəməyə verilib.

Milli.Az xəbər verir ki, futbolçu "başqalarının işini və dincliyini pozmaqda" ittiham olunur. İyul ayında təşkil edilən tədbirdə Vinisius özəl əyləncə parkı quraraq "Vini's World" adlı tematik məkan yaradıb. Tədbirdə reper Travis Scott səhnə alıb, həmçinin Eduardo Camavinga və Anitta kimi məşhurlar da iştirak edib.

Lakin yerli sakinlər gecə boyu davam edən səs-küydən şikayətlənib və hadisə yerinə hərbi polis çağırılıb. Səlahiyyətlilərin xəbərdarlığına baxmayaraq, səs səviyyəsinin yenidən artdığı iddia olunur.

İş hazırda Rio de Janeyronun 9-cu Xüsusi Cinayət Məhkəməsində araşdırılır. İlkin məhkəmə dinləməsinin 6 noyabrda keçiriləcəyi bildirilir.

Braziliya qanunvericiliyinə əsasən, başqalarının dincliyini pozan şəxslər 15 gündən 3 aya qədər həbs və ya cərimə ilə cəzalandırıla bilər.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.