İdman

"Arsenal" "Lester"la heç heçə oynadı

8 İyul 2020 08:09
Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə çempionatının 34-ü turunda "Arsenal" klubunun futbolçuları "Lester" komandası ilə oyunu 1:1 hesabı ilə başa vurdular.

Milli.Az Trend-ə istinadən bildirir ki, meydança sahibi olan "Arsenal" tərəfindən qolu Pyer-Emerik Obameyanq (21-ci dəqiqə) vurub, qarşı tərəfdən fərqlənən isə Ceymi Vardi (84-cü dəqiqə) olub.

Matçın 75-ci dəqiqəsində qeyd edilən vaxtdan dörd dəqiqə qabaq meydançaya çıxan "Arsenal"ın hücumçusu Edvard Nketia kobud oyuna görə oyundan xaric edilib.

Turnir cədvəlində "Arsenal" 50 xalla 7-ci pillədə, "Lester" isə 59 xalla 4-cü yerdədi.

Növbəti turda iyulun 12-də "Arsenal" qarşı tərəfin meydançasında "Tottemxem"lə, "Lester" isə qonaq olaraq "Bornmut"la görüşəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.