İdman

"Qalatasaray"a Fatih Terim şoku

23 İyun 2020 20:54
Baxış: 2 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasının 28-ci turunda "Qaziantep"lə 3:3 hesablı bərabərliyə razılaşan "Qalatasaray" çempionluq uğrunda mübarizədə böyük zərbə aldı.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, son saniyələrdə penaltidən vurulan qolla "yıxılan" "Cimbom"da gözlənilməz hadisələr yaşana bilər.

Türkiyə mətbuatının yazdığına görə, klubun baş məşqçisi Fatih Terim vəzifəsindən gedə bilər.

Son nəticəyə görə, olduqca məyus və qəzəbli olduğu bildirilən 66 yaşlı mütəxəssisin radikal qərar qəbul edəcəyi gözlənilir.

Super Liqada qalan 6 oyuna ancaq qələbə qazanmaq üçün çıxacaq "Qalatasaray"ın çalışdırıcısının mövsüm sonunda klubu tərk edəcəyi ehtimalı böyükdür.

Qeyd edək ki, hazırda 51 xalı olan İstanbul təmsilçisi 4-cü pillədə qərarlaşıb. 59 xala malik "Başakşəhər" isə turnir cədvəlinin lideridir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.