İdman

“Məni yenə təhqir etsələr, meydanı tərk edəcəyəm”

6 İyun 2020 16:48
0 Şərh     Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər məni yenə təhqir etsələr, bu haqda hakimə məlumat verəcəyəm. Əgər onlar lazımi ölçü götürməsələr, meydanı tərk edəcəyəm.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu sözləri hazırda icarə qaydasında Çinin "Şanxay Şenxua" klubunda oynayan "Mançester Yunayted"in futbolçusu Odion İqalo deyib.

Nigeriyalı hücumçu bildirib ki, o, Çində bir matçda  irqçi təhqirə məruz qalıb: "Oyundan sonra heç kimlə əl tutub görüşmədən paltardəyişmə otağına getdim. Hirsli idim və hadisə haqda dərhal İngiltərə Futbol Assosiasiyasına məlumat verdim. Heç kim irqçiliklə barışmamalıdır. Dərimizin rənginə baxmayaraq, hamımız bərabərik, eyni dünyada və eyni həyatı yaşayırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.