İdman

"Mançester Siti"nin əfsanəsi öldü

26 May 2020 17:30
0 Şərh     Baxış: 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin əfsanəvi futbolçusu Qlin Pardo vəfat edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, xəstəlikdən əziyyət çəkən Pardo 73 yaşında ölüb.

Karyerası ərzində yalnız "şəhərlilər"in formasını geyinmiş ingiltərəli 1962-1976-cı illərdə həm müdafiəçi, həm də hücumçu kimi matçlarda iştirak edib. Klub rəsmi saytı vasitəsilə Pardonun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Qlin Pardo "Mançester Siti"nin heyətində 1968-ci ildə İngiltərə çempionu olub. O, həmçinin ölkə kubokunu, Liqa kubokunu, Superkubokunu və Kuboklar Kubokunu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.