İtaliyanın "Yuventus" futbolçularının koronavirusla bağlı apardığı bütün analizlər mənfi nəticə göstərdi.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə futbol klubunun mətbuat xidməti bildirib.
Bildirilib ki, mayın 20-də bütün komanda koronavirus ilə bağlı testlərdən keçib. Onların nəticələri mənfi çıxıb.
Bundan əvvəl, komanda bir neçə gün öz bazasında məşq edirdi. Bütün oyunçular sosial məsafəni qoruyaraq məşqlər keçiriblər.
Milli.Az