"Yuventus" oyunçularının koronavirusla bağlı testləri mənfi nəticə göstərib

21 May 2020 23:54

İtaliyanın "Yuventus" futbolçularının koronavirusla bağlı apardığı bütün analizlər mənfi nəticə göstərdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə futbol klubunun mətbuat xidməti bildirib.

Bildirilib ki, mayın 20-də bütün komanda koronavirus ilə bağlı testlərdən keçib. Onların nəticələri mənfi çıxıb.

Bundan əvvəl, komanda bir neçə gün öz bazasında məşq edirdi. Bütün oyunçular sosial məsafəni qoruyaraq məşqlər keçiriblər.

Milli.Az