İdman

"Çelsi"nin futbolçusu məşqə çıxmaqdan imtina etdi

21 May 2020 12:08
0 Şərh     Baxış: 1 140
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante koronavirusa yoluxmaq qorxusundan məşqə çıxmayıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, fransalı futbolçu çərşənbə axşamı komanda ilə çalışmalara qoşulsa da, bir gün sonra hazırlıqdan imtina edib.

Bildirilir ki, London təmsilçisinin baş məşqçisi Frank Lampard 28 yaşlı futbolçunun bu qərarını anlayışla qarşılayıb. Premyer Liqada yeni qaydalara görə, klublar koronavirusa yoluxmaqdan ehtiyat edən oyunçuları məşqə çıxmağa məcbur edə bilməzlər.

Kante cari mövsüm "Çelsi"də 18 oyun keçirib və 3 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.