İdman

"Messi və Ronaldunun hegemonluğu sona çatır"

11 May 2020 18:26
0 Şərh     Baxış: 1 992
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger futbolun ən yaxşıları kateqoriyasında dəyişikliyin vaxtı gəldiyini düşünür.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, "Talk SPORT"a açıqlamasında deyib. 70 yaşlı mütəxəssis Lionel Messi və Kriştianu Ronaldunun hegemonluğunun artıq sona çatmaq üzrə olduğunu deyib:

"Heç vaxt Messi və Ronaldu kimi çətin vəziyyətdə hər şeyi edə biləcək oyunçu görmədik. Ancaq hesab edirəm ki, onların hegemonluğu sona çatır. İndi gələcək nəsil gəlir. Mbappe və Neymar yeni lider ola bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.