İdman

UEFA Avro-2020 oyunlarına alınan biletlərin pulunun qaytarılması prosesinə başlayıb

5 May 2020 22:04
0 Şərh     Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azarkeşlər mayın 5-dən etibarən futbol üzrə 2020-ci il Avropa çempionatının oyunlarına alınan biletlərin pullarını geri qaytara bilərlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Müvafiq proseduru UEFA-nın rəsmi portalı vasitəsi ilə həyata keçirmək olar. Həmçinin əvvəllər əldə olunan biletlər 2021-ci ildə keçirilməsi planlaşdırılan turnirin oyunlarında da istifadə edilə bilər.

Qeyd edək ki, 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarının iyunun 12-dən iyulun 12-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası səbəbindən turnir 2021-ci ilin yayına keçirilib.

Çempionat 12 şəhərdə, o cümlədən Bakıda keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.