İdman

Türkiyə Super Liqanın taleyi sabah bəlli olur

4 May 2020 17:54
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasının aqibəti sabah bəlli olacaq.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, mayın 5-də TFF rəsmiləri idman və səhiyyə nazirliyi əməkdaşları ilə birgə toplantı keçirəcək.

Daha öncə İdman və Gənclik Naziri Muharrem Kasapoğlu liqaların başlaması üçün təqvimin hazırlandığını açıqlamışdı. Ancaq oyunların davam etməsinin futbolçuların sağlamlığı üçün hər hansı təhlükə yaradıb-yaratmayacağına səhiyyə nazırliyi qərar verəcək.

Əgər mövsümün bərpasında problem olmasa, qarşılaşmalar iyunun ortasında başlayacaq və görüşlər azarkeşsiz keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.