İdman

Türkiyə millisinin sabiq futbolçusu: "Qarabağ"ın ÇL-da etdikləri inanılmazdır

8 Noyabr 2025 14:40
Baxış: 427
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə millisinin sabiq futbolçusu Mevlüt Erdinç UEFA Çempionlar Liqasının Liqa mərhələsində uğurla çıxış edən "Qarabağ" komandası haqqında fikirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlama verən veteran hücumçu Ağdam təmsilçisinin Avropada layiqli mübarizə apardığını deyib.

O, Azərbaycan çempionunun güclü komanda olduğunu söyləyib: "Qarabağ"ı yaxından izləyirəm. Bu kollektiv xüsusi olaraq diqqətimdədir. Qurban Qurbanovun komandasının Çempionlar Liqasında etdikləri inanılmazdır. Fransada yaşayan türklər olaraq "Qarabağ"la qürur duyuruq".

Fransada doğulan Mevlüt Erdinç Türkiyə millisinin heyətində 35 oyunda 8 qolla yadda qalıb. O, karyerası ərzində PSJ və "Fənərbağça" kimi tanınmış komandaların heyətində çıxış edib.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsində 4 turdan sonra 7 xal toplayan "Qarabağ" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.