İdman

"Perez Neymarın "Real Madrid"ə keçməsini çox istəyirdi"

26 Aprel 2020 14:58
1 Şərh     Baxış: 1 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur braziliyalı agent Vaqner Ribeyro açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ribeyro ESPN-ə açıqlamasında Neymarın "Real Madrid"ə keçidi haqda danışıb.

""Real Madrid" rəhbərliyi Neymar "Santos"da olduğu zamanlar mənimlə tez-tez əlaqəyə keçirdilər. Florentino Perezin şəxsən özü Neymarın "Real Madrid"ə keçməsini çox istəyirdi. Keçən il mən Perezlə görüşdüyüm zaman mənə hələ də Neymarın "Real"a keçməsini istədiyini bildirmişdi" - deyib Ribeyro.

Qeyd edək ki, Vaqner Ribeyro Neymarın "Santos"dan "Barselona"ya keçidini reallaşdırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.