Məşhur braziliyalı agent Vaqner Ribeyro açıqlama verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Ribeyro ESPN-ə açıqlamasında Neymarın "Real Madrid"ə keçidi haqda danışıb.
""Real Madrid" rəhbərliyi Neymar "Santos"da olduğu zamanlar mənimlə tez-tez əlaqəyə keçirdilər. Florentino Perezin şəxsən özü Neymarın "Real Madrid"ə keçməsini çox istəyirdi. Keçən il mən Perezlə görüşdüyüm zaman mənə hələ də Neymarın "Real"a keçməsini istədiyini bildirmişdi" - deyib Ribeyro.
Qeyd edək ki, Vaqner Ribeyro Neymarın "Santos"dan "Barselona"ya keçidini reallaşdırmışdı.
Milli.Az