İdman

“Yuventus”un koronavirusa yoluxan oyunçusundan açıqlama

19 Mart 2020 15:34
0 Şərh     Baxış: 1 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus"un futbolçusu Blez Matyudi koronavirusa yoxulmasından danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, özünün rəsmi Tvitter səhifəsində 32 yaşlı fransalı futbolçu yazıb: "Pozitiv və güclü olaraq qalıram. Mənim mənəvi əhvalım da qaydasındadır. Əminəm ki, biz daha da güclənəcək və nəhəyət, bu sınaqdan çıxacağıq".

Matyudi ona verdiyi dəstəyə görə azarkeşlərə təşəkkür edib.

Xatırladaq ki, Matyudidən əvvəl "Yuventus"dan Daniele Ruqani də koronavirusa yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.