İdman

UEFA-da tarixi qərar günü

17 Mart 2020 12:22
0 Şərh     Baxış: 1 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün UEFA-nın videokonfransı keçiriləcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, konfransda dünyada geniş yayılan koronavirus pandemiyasına görə bir sıra beynəlxalq turnirlərin müqəddəratı müzakirə olunacaq.

Müşavirənin əsas gündəmində AÇ-2020-nin keçirilib-keçirilməyəcəyi durur.

UEFA bununla yanaşı, Millətlər Liqası turnirinin 2020/21 mövsümünün qrup mərhələsinin oyunlarını bu ilin sentyabr-noyabr aylarında keçirməyi təxirə sala bilər. Oyunların gələn ilə təxirə salınması müzakirə olunacaq. Millətlər Liqasıyla yanaşı, yoxlama oyunlarının da ləğv olunması nəzərdən keçiriləcək.

Azərbaycan milli komandası Millətlər Liqasında Monteneqro, Kipr və Lüksemburqla bir qrupda yer alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.