İdman

34-cü dəfə Argentina çempionu oldular

8 Mart 2020 19:34
0 Şərh     Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Argentina Superliqasının 23-cü- son turunun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Boka Xuniors"  "Gimnasiya"nı qəbul edib. Ev sahibi komanda 72-ci dəqiqədə Karlos Tevesin vurduğu qolla Maradonanın çalışdırdığı kollektivə minimal hesabla qalib gəlib.

Digər matçda isə son turadək sıralamaya liderlik edən "River Pleyt" səfərdə "Atletiko Tukuman"la bacarmayıb- 1:1.

Beləliklə, ümumi nəticədə 48 xal toplayan "Boka Xuniors" "River Pleyt"i 1 xal qabaqlayaraq 34-cü dəfə Argentina çempionu adını qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.