İdman

Gimnastlarımız “AGF Junior Trophy” beynəlxalq turnirinin 6 final yarışlarında mübarizə aparacaqlar

8 Mart 2020 09:08
Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Milli Gimnastika Arenasında ilk Kişi idman gimnastikası üzrə "AGF Junior Trophy" beynəlxalq turnirinin final yarışları keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan gimnastları bütün altı alətlərdə çıxış edəcəklər.

Belə ki, final yarışlarında Azərbaycanı fərdi çıxışlarda - Anar Həsənov və Mənsum Səfərov, dəstəli at üzərində hərəkətlərdə - Rəsul Əhmədzadə, halqalarla hərəkətlərdə - Mənsum Səfərov, dayaqlı tullanma hərəkətlərində - Mənsum Səfərov və Ramin Dəmirov, paralel qollarda - Ramin Dəmirov və Rəsul Əhmədzadə, turnik üzərində hərəkətlərdə Rəsul Əhmədzadə və Mənsum Səfərov təmsil edəcəklər.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.