İdman

"Beşiktaş"ın futbolçusu üçün mövsüm bitdi

7 Mart 2020 10:59
0 Şərh     Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Beşiktaş" klubu ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı futbolçusu Duqlasın xidmətindən məhrum olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd olunub ki, ötən gün baş tutan məşqdə ağır zədə alan 29 yaşlı müdafiəçi bu gün tibbi müayinədən keçib.

Müayinə nəticəsində braziliyalı oyunçunun bu mövsüm bir daha meydana çıxmayacağı müəyyənləşib. Klub Duqlasın müalicəsinə start verildiyini də açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.