İdman

Boksçu qız kişilərlə döyüşmək üçün cinsini gizlədib - FOTO

6 Mart 2020 15:01
4 Şərh     Baxış: 4 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı boksçu Tatyana Dvajdova kişilərlə döyüşmək üçün cinsini gizlədirmiş.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə boksçu Federal Xəbər Agentliyinə (FAN) müsahibəsində bildirib.

Onun sözlərinə görə, mübarizələrə Vladimir Yermolayev kimi qatılıb, çünki öz adı ilə iştiraka icazə verilməyib.

"Mən boksla məşğul oluram və qadınların kişilərlə döyüşə buraxılmasının tərəfdarı kimi çıxış edirəm", - o bildirib.

Boksçu qız əlavə edib ki, özünü kişilərdən zəif hesab etmir, çünki həvəskar döyüşlərdə dəfələrlə onlara qalib gəlib.

Məlumata görə, T.Dvajdova 17 həvəskar mübarizəyə qatılıb. Onun rəqiblərinin hamısı kişi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.