İdman

“Bir az qorxu ilə oynadıq” - Tuxel

19 Fevral 2020 19:44
0 Şərh     Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Dortmund "Borussiya"sına məğlub olduqları matçdan sonra fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Tuxel, 1:2 hesabıyla bitən görüşü belə şərh edib:

"Erlinq Haland fiziki cəhətdən çox güclüdür. Düşünürəm ki, onu saxlaya bilirdik. Heç bir şeyə peşman deyiləm. Oyundan əvvəl qərar verməliyəm və onun məsuliyyətini öz üzərimə götürürəm. Başqa sxemlə çıxsaydıq, necə oynayacağımızı kimsə bilməzdi.

Nəticənin yaxşı olmadığını bilirəm, bunu demək asandır. Burada digər komandalar da məğlub olub. Bu, normaldır. Hücumda səbrli olmadıq, tez hərəkət etdik. Artıq qolların vaxtı gələndə açıq oyun oldu. Planladığımız kimi hücumlar qura bilmədik. İkinci qolu vurmağa yaxın idik. Bir az qorxu ilə oynadıq. Bunu meydanda həll etməli idik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.