İdman

"Liverpul" kapitanını itirdi

19 Fevral 2020 19:09
0 Şərh     Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Atletiko"ya 0:1 hesabı ilə məğlub olan "Liverpul" ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mersisayd klubunun yarımmüdafiəçisi Cordan Henderson sıradan çıxıb. Oyunun 80-ci dəqiqəsində meydanı tərk edən futbolçunu Ceyms Milner əvəzləyib.

Komandanın baş məşqçisi Yurgen Klopp "qırmızlar"ın kapitanının əzələsində problem olduğunu bildirib:

"Təəssüf ki, Henderson əzələsindən zədələndi. Çox narahat görünmürdü, amma meydandan çıxmağa məcbur oldu. Zədəsinin nə dərəcədə ciddi olduğunu bilmək üçün gözləmək məcburiyyətindəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.