İdman

Fərdi proqramda kişilər və qadınlar arasında batut gimnastikası və tamblinq üzrə yarışların finalçıları müəyyənləşib

16 Fevral 2020 00:25
Baxış: 1 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çərçivəsində kişilər və qadınlar arasında fərdi proqramda tamblinq üzrə yarışların finalçıları müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qadınlar arasında Syuein Çju (Çin), Liu Linlin (Çin), Ayano Kişi (Yaponiya), Şarlotta Druri (ABŞ), Mequ Uyama (Yaponiya), Ketrin Driskoll (Böyük Britaniya), Samanta Smit (Kanada), Cessika Pikkerinq (Avstraliya) finasal vəsiqə qazanıb.

Azərbaycan gimnastı Selсan Maqsudova finala vəsiqə qazana bilməyib. Gimnastımız 99.935 bal toplayaraq 32-ci yeri tutub.

Kişilər arasında Vladislav Qonçarov (Belarus), Ley Qao (Çin), İvan Litvinoviç (Belarus), Donq Donq (Çin), Dmitri Uşakov (Rusiya), Nikita Fedorenko (Rusiya), Daiki Kişi (Yaponiya) və Mikola Prostorov (Ukrayna) finala yüksəliblər.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast - Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.