İdman

"Hamı istəyir ki, onunla problemim olsun" - Zidan

10 Fevral 2020 15:41
0 Şərh     Baxış: 2 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Qaret Beyllə münasibətlərinin yaxşı olmadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,o, bu iddiaları təkzib edib.

"Beyl bizim üçün vacib oyunçudur. Son matçlarda oynamasa da, o, "Osasuna" ilə görüşdə hücumda və müdafiədə yaxşı təsir bağışladı. Qaret çalışırdı. Hamı istəyir ki, onunla problemim olsun, amma yoxdur.

Bizdə komandada oyunçu çox olduğu üçün onlar arasında vaxtı bölmək çətindir. Amma Beyl səviyyəsini tədricən daha da yüksəldəcək. O, fiziki cəhətdən tam hazır deyil, ona görə də əvəzləndi. Ancaq biz Beylə güvənirik" - deyə Zidan bildirib.

Qeyd edək ki, Beyl La Liqanın 23-cü turunda keçirilən "Osasuna" ilə görüşdə (4:1) 73 dəqiqə meydanda olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.