İdman

Hamit Altıntop: “Kağız üzərində olduğu kimi reallıqda da qrupdan çıxarıq”

3 Yanvar 2020 11:29
0 Şərh     Baxış: 1 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaxşı qrupa düşmüşük".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop deyib.

Hazırda Türkiyə Futbol Federasiyasında çalışan veteran AVRO-2020-nin final mərhələsi haqda fikirlərini açıqlayıb. O, "ay-ulduzlular"ın qrupdakı iki matçı Bakıda keçirməsindən də danışıb: "Çempionatın açılış oyununda iştirak etmək çox önəmlidir. Bu, həm də reklam baxımından rol oynayır. Bu məqamın motivasiya tərəfi də var. Qrupdan çıxmaq istəyirik. Mərhələni Bakıdakı qardaşlarımızla birliklə adlamağı arzulayırıq. Ən önəmlisi komandamızın irəliləməsidir. Baxışlarının artması, çalışmaq ehtiyaclarının daha çox olmasıdır. 6 qrupdan dörd 3-cü yer sahibi də 1/8 finala yüksələcək. Bu qarşılaşmaları da oynamaq lazımdır. Kağız üzərində olduğu kimi reallıqda da qrupdan çıxarıq".

Qeyd edək ki, AVRO-2020-nin oyunları iyunun 12-dən iyulun 12-dək Avropanın 12 şəhərində, o cümlədən Bakıda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.