Qurban Qurbanovdan Yunuszadəyə növbəti ağır cəza
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan millisindən kənarlaşdırılan "Qarabağ"ın futbolçusu Elvin Yunuszadə klubun əvəzedici heyətinə göndərilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə hər iki komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. 46 yaşlı mütəxəssis bildirib ki, bu, Elvin Yunuszadənin nizam-intizamı pozduğu ilk hal deyil. O, qərarda təəccüblü bir şeyin olmadığını vurğulayıb: "Mən klubda hər hansı futbolçunun bəzi hərəkətlərinə göz yuma bilərəm. Çünki futbolçu ilboyu eyni iş sistemi, eyni prinsiplərlə çalışır, yorğunluq olur. Bəzən məşqə gecikə, ləngiyə bilər. Milliyə gəldiyim gündən, ilk növbədə, "Qarabağ"ın futbolçularından tələb etmişəm ki, daim hər yerdə birinci olsunlar. Elvində isə bu hal ilk dəfə deyil. Nə yalan danışasıyıq? Onu əvəzedici heyətə də göndərmişik, bəzən sizin xəbəriniz olmadan cərimələnib də. Belə hallarda bu addım atılmalı idi və mən də atdım. Yəqin ki, sizin üçün də təəccüblü bir şey yoxdur. Çünki tələbim budur: İlk növbədə, "Qarabağ"da rəhbərliyim altında çıxış edən futbolçular millidə çox diqqətli olmalıdırlar".
Qurbanov Yunuszadənin "İnstagram"da "Məni yalnız Allah cəzalandıra bilər" paylaşımına isə belə reaksiya verib: "Elvindir də. Boş verin. Onun belə fikirləri olacaq. Niyə belə yazdığını bilmirəm. Bəlkə də özü ilə kiminsə arasında olan bir şeydir. Ümumiyyətlə, bizim hökmümüz Allahın hökmü ola bilməz. Allahın hökmü ilə biz bacarmarıq. Bu, tamamilə ayrı fikir ola bilər. Bizim öz qərarlarımız var. Olub ki, cəzalandırmışıq, sonra bağışlamışıq. Onun fikirlərinə münasibət bildirməyim də düzgün çıxmaz".
Baş məşqçinin sözlərinə görə, Yunuszadə son bir ayda ən yaxşı formada olan futbolçulardan olub. Amma o, nizam-intizamın pozulması hallarına göz yummadığını diqqətə çatdırıb: "Mən futbolçunu cərimələmək istəmirəm. Çünki futbol oynadığım vaxt mənim də səhvlərim, özümü düzgün aparmadığım hallar olub. 5 ildir birgə işləyiriksə və mənim xarakterimi bilirsə, ona güvənərək, komandada saxlayıramsa, yeri gəlsə, cəzalandırmağa, belə qərarlar verməyə haqqım da var".
Baş məşqçi yığmanın Belarusla yoldaşlıq görüşü üçün heyətinə daxil edilməyən Kipr "Anortosis"inin futbolçusu Araz Abdullayevi millidən birdəfəlik kənarlaşdırmamasının səbəbini isə belə izah edib: "Arazla cəmi 2 gündür birgə işləyirik. Onunla Elvini bir tutmaq olmaz. Düşünürəm ki, Abdullayev daha yaxşı futbol oynayacaq. Özünün də insan kimi keyfiyyətlərini daha da yaxşılaşdıracağına inanıram. Yığmanın düşərgəsinə gələn kimi onunla hərtərəfli söhbətimiz, danışığımız olmuşdu. Söhbətimiz onun gələcək klub karyerası ilə bağlı yox, millidəki işi ilə əlaqədar olub".
Qeyd edək ki, Elvin Yunuszadə və Araz Abdullayev ötən gün Azərbaycan millisinin Belarus yığması ilə yoldaşlıq oyunundan öncə təşkil olunmuş toplantıya gecikmələri səbəbindən cəzalandırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur
-
“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
XƏBƏR LENTİ
-
"Oğlum məmurdur, imkan vermərəm oxusun" - Ağadadaş Ağayev
-
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur
-
BDYPİ küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Şəkərli diabet xəstələri üçün dövlət təminatı genişlənir - Uşaqlar üçün yenilik
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - Anbaan (Video)
-
Sabah Cəlilabadda qaz olmayacaq
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Hikmət Çətin vəfat edib
-
“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
-
Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
-
80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)
-
Baş həkimlər işdən azad olundu - (Yenilənib)
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq





