İdman

Dünya futbolunun nəhəngləri üz-üzə

23 Mart 2018 14:54
2 Şərh     Baxış: 1 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün milli komandalar arasında yoldaşlıq oyunları keçiriləcək.

Mİlli.Az komanda.az-a istinadən xəbər verir ki, ən maraq doğuran oyunlardan biri Almaniyanın Düsseldorf şəhərində olacaq. Burda son iki dünya çempionatının qalibləri - Almaniya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.

Digər maraq doğuran görüş isə Mançesterdə olacaq. "Siti of Mançester" stadionunda gözlənilmədən mundialdan kənarda qalan İtaliya və dünya çempionatının favoritlərindən olan Argentina yığmaları üz-üzə gələcəklər.

Dünya çempionatından kənarda qalmış dünya futbolunun digər nəhəng millisi Hollandiya Amsterdamda, İngiltərə ilə matçda qüvvəsini sınayacaq.

Mundiala ev sahibliyi edəcək Rusiya isə doğma meydanda dünya çempionatlarının daimi favoritlərindən Braziliya ilə qarşılaşacaq.

Yoldaşlıq oyunları - 23 mart

15:30 Sinqapur - Maldiv adaları
16:20 Mali - Yaponiya
20:00 Azərbaycan - Belarus 
20:00 Kipr - Monteneqro 
20:00 Finlandiya - Makedoniya
20:00 Rusiya - Braziliya
20:00 Seneqal - Özbəkistan
21:00 Bolqarıstan - Bosniya və Herseqovina 
21:00 Qambiya - MAR 
21:00 Norveç - Avstraliya
21:30 Türkiyə - İrlandiya 
22:00 Yunanıstan - İsveçrə
22:00 Macarıstan - Qazaxıstan
22:00 Tunis - İran
23:00 Ukrayna - Səudiyyə Ərəbistanı
23:30 Serbiya - Mərakeş
23:45 Argentina - İtaliya
23:45 Avstriya - Sloveniya 
23:45 Almaniya - İspaniya 
23:45 Hollandiya - İngiltərə
23:45 Polşa - Nigeriya 
23:45 Portuqaliya - Misir 
23:45 Şotlandiya - Kosta-Rika
00:00 Fransa - Kolumbiya

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.