İdman

Qurbanov Qurbanov püşkdən narazı qalıb? - Özü açıqladı

29 Avqust 2025 00:56
Baxış: 359
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Milli.Az xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirərkən deyib.

"Öncə öz azarkeşlərimizə bir daha təşəkkür etmək istəyirəm. "Ferentsvaroş"la pley-offun cavab oyunu zamanı stadionda etdikləri azarkeşlik, göstərdikləri dəstək, yaratdıqları atmosferə görə hər birinə təşəkkür edirəm. Bizim azarkeşlər Çempionlar Liqasının Liqa mərhələsini görməyi haqq edirdilər. Onlar üçün çox sevinirəm ki, bu mövsüm Çempionlar Liqasının minimum 4 görüşünü Bakıda canlı izləyəcəklər. Dörd səfər qarşılaşmasına isə ən azı televiziya ilə baxmaq şansları olacaq", - deyə baş məşqçi bildirib.

Qurban Qurbanov Liqa mərhələsindəki rəqiblər barədə də fikirlərini açıqlayıb:

"Qarşılaşacağımız komandaların hamısı çox ciddi rəqiblərdir. Öz ölkələrinin köklü, tarixi olan klublarıdır. "Liverpul", "Çelsi", "Ayaks", "Napoli", həmçinin digərləri "Benfika", "Ayntraxt", "Kopenhagen" və "Atletik" hamının yaxşı tanıdığı güclü komandalardır.

Çalışacağıq ki, bu matçlara yaxşı hazırlaşaq. Çünki bu turnir tam başqa bir səviyyədir. Çempionlar Liqasındakı həyəcan bir neçə dəfə artıq olur. Burada həm güc, həm sürət, həm oyunun gedişatı tam fərqlidir. Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Qeyd edək ki, komandamız Liqa mərhələsində "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.