İdman

UEFA Konfrans Liqası: “Araz-Naxçıvan” “Aris”i məğlub edib

24 İyul 2025 22:07
Baxış: 614
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Araz-Naxçıvan" bu gün Konfrans Liqasında II təsnifat mərhələsində ilk oyununa çıxıb.

Milli.Az xəbər verir ki, Naxçıvan təmsilçisi Bakıda "Aris"lə qarşılaşıb.

"Liv Bona Dea Arena"da baş tutan görüşə saat 20:00-da start verilib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "Araz-Naxçıvan"ın 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 31-də Yunanıstanda baş tutacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun

24 iyul

20:00 Araz-Naxçıvan - Aris (Yunanıstan) 2:1

Qollar: L. Moron, 66, F. Santos, 75, P. Andrade, 78

"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 4. İqor Ribeyro, 77. Bruno Aleksandre, 19. Bar Kohen, 6. Patrik Andrade, 29. Vanderson, 70. Çarlz Boli, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala

Baş məşqçi: Elmar Baxşıyev

"Aris": 33. Giorgos Atanasiadis, 37. Hamza Mendil, 4. Fabiano Leymann, 14. Yakub Brabek, 27. Noa Fadiqa, 8. Monçu, 97. Fredrik Yensen, 10. Uroş Raçiç, 99. Kleyton Diandi, 7. Karles Peres, 80. Loren Moron

Baş məşqçi: Marinos Ouzounidis

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.