İdman

“Qarabağ”da illik qazancı bəlli oldu

19 İyul 2025 15:41
Baxış: 548
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" və "Dinamo"(Zaqreb) klubları arasında mərakeşli müdafiəçi Sami Mmaenin gözlənilən transferi ilə bağlı razılaşmanın detalları məlum olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı stoper icarə əsasında ölkə çempionunun formasını geyinəcək.

Mmaenin "Dinamo"dakı maaşı yüksək (illik 800 min avro) olduğu üçün "Qarabağ"la razılıq əldə edib. 

Belə ki, mərkəz müdafiəçinin illik maaşının 70 faizini (560 min avro) Ağdam təmsilçisi, qalanını isə Zaqreb klubu ödəyəcək. Mmaenin "Dinamo" ilə müqavilə müddəti 2027/28 mövsümünün sonuna kimi hesablanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.