Ölkə

Dubaya uçan təyyarə Bakıda təcili eniş etdi

5 Dekabr 2025 09:09
Baxış: 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün "FlyDubai" aviaşirkətinə məxsus "Boeing 737" tipli hava gəmisinin komandiri Moskva-Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.