İdman

Qırmızı aldı, hakimə ayaqla zərbə vurdu - AFFA-dan qərar

4 Dekabr 2025 19:13
Baxış: 204
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA İntizam Komitəsinin bugünkü iclasında Region Liqasında baş verən qayda pozuntuları ilə bağlı da qərarlar verilib.

Milli.Az xəbər verir ki, "İmişli Bələdiyyəspor"un futbolçusu Allahverdi Fərzəliyev 14 oyunluq cəzalandırılıb.

O, Region Liqasında "Ağsu Siti" ilə keçirilən oyunun 77-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimi itələdiyi, sonra isə ayaqla zərbə endirdiyi, bu səbəbdən də oyunun yarımçıq dayandırıldığı üçün bu cəzanı alıb.

Baş verənlərə görə "İmişli Bələdiyyəspor" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.