İdman

"Liverpul" həmin pulu Jotanın ailəsinə ödəyəcək

5 İyul 2025 17:06
Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Liverpul" klubu mərhum futbolçu Dioqu Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyəcək.

Milli.Az xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi sözləşmənin qalan iki ili üçün həmin pulu hücumçunun yaxınlarına verəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında həlak olub. 2020-ci ildən "Liverpul"da çıxış edən Jota 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024/2025 mövsümündə komanda ilə İngiltərə Premyer Liqasının qalibi olub. /"Report"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.