İdman

Ulduz futbolçu faciəvi şəkildə öldü - FOTO

3 İyul 2025 12:26
Baxış: 1 428
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul"un portuqaliyalı ulduzu Dioqo Jota yol qəzasında həyatını itirib.

Milli.Az xəbər verir ki, "Liverpul"un 28 yaşlı portuqaliyalı futbolçusu Dioqo Jota bu gün səhər saatlarında Zamora əyalətində baş verən yol qəzasında həyatını itirib.

Məlumata görə, qəza A-52 magistralının 65-ci kilometrliyində, Palasios de Sanabria bələdiyyəsi ərazisində baş verib.

Dioqo 26 yaşlı qardaşı André ilə birlikdə getdiyi avtomobilin yoldan çıxaraq alov alması nəticəsində həyatını itirib.

Mətbuatın yazdığına görə, Jotanın qardaşı da qəzada həlak olub. 

Qeyd edək ki, Dioqo Jota 5 gün əvvəl evlənmişdi. Onun 3 övladı var.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.