İdman

Cüdoçumuz Avropa çempionatında bürünc qazandı

23 Aprel 2025 19:57
Baxış: 611
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Təmsilçimiz üçüncü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa qalib gəlib.

Bu, Azərbaycan cüdoçularının turnirdə qazandığı ilk mükafat olub.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.