“Samir Abasovun gəlişindən sonra "Neftçi"...” - Rəşad Sadıqov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, "Zirə" Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Neftçi"ni 4:2 hesabı ilə məğlub edib.
Milli.Az-ın məlumatına görə, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
-Oyun bizim üçün olduqca çətin başladı. Rəqib yaratdığı ilk iki epizoddan yararlandı. Bu dəqiqələrdə toparlanıb, oyuna davam etmək çətin idi. Futbolçular özlərində güc tapdılar, təslim olmadılar. Sona qədər mübarizə apardılar. 4 qol vurduq, məğlub da ola bilərdik. İkinci hissəyə fəal başladıq. Vacib üç xal qazandıq. Artıq qarşıdakı matçlara baxmalıyıq. "Sumqayıt"a qarşı vacib oyun bizi gölzəyir.
-"Qarabağ"ın Azərbaycan çapında güclü olduğunu nəzərə alsaq, keçən il də "Zirə" potensial ölkə çempionu, ölkə kubokunun qalibi olmuşdu. İndi də ikinci pillədəsiniz. Futbol ictimaiyyəti və mediada müşahidə edilir ki, "Zirə" və Rəşad Sadıqovun işi çox da qabardılmır. Səbəbini nədə görürsüz?
-Məşqçiliyə başladıqdan, ikinci sezondan sonra mediadan və sosial şəbəkələrdən maksimum uzaqlaşmışam. Mənfi və müsbət fikirləri izləmirəm. Bilmirəm dediyiniz şəkildədir, ya yox. Biz işimizi onun üzərində qurmamışıq ki, kimsə tərifləsin. Tərifə layiq olsaq, tərifləyəcəklər. Ola bilər ki, məndən gözləntilər çoxdur. Bunu anlayışla qarşılayıram. Üçüncü yerlə 6 xallıq fərq var. Amma qətiyyən düşünmürəm ki, nəsə üstünlüyümüz var, nəyisə həll etmişik. Altı kritik oyunumuz var. Bilmirəm Konfrans Liqasının oyunu nə vaxtdır. Ora vəsiqə qazanana qədər baxmayacam. İndi məni düşündürən "Sumqayıt"la görüşdür.
-Rəşad Sadıqovun görmək istədiyi "Zirə" budur?
-Futbolçu olaraq da, heç vaxt özümdən razı olmamışam. Həmişə düşünmüşəm daha yaxşısını edə bilərəm. Bu gün düşünəcəm ki, nəyi düz etməmişik ki, rəqib bu gün fərqləndi, iki qol buraxdıq. Samir Abasovun gəlişindən sonra "Neftçi" etibarlı müdafiə olunur. Bu həftə onu düşünəcəm ki, harada düz etmədik, qollar buraxdıq. Yəqin oyunçular 100 faiz oyuna köklənməmişdi ki, iki qol buraxdıq. "Zirə" yaxşıdır, bu kifayət edir" kimi fikirləri düşünmürəm. Onu düşünsəm, geri addamlayarıq.
-Oyunun əvvəlində iki qol buraxdınız, inamlı deyildiz. Birdən-birə nə oldu? Bundan sonra "Neftçi"də arxayınlaşma yarandı? 0:2 uduzduğunuz halda, necə oldu ki, geridönüş etdiniz? Mənə səmimi gəlmədi baş verənlər...
-33 illik futbol təcrübəm var, bu tip oyunlar bizim liqada, digər liqalarda çox olub. "Qarabağ"la görüşdə də 0:2 uduzurduq, sonda qalib gəldik. Əsas səbəbi nədə görürəm? Rəqibin pressinqinə hazırlaşmışdıq. 0:2-dən sonra da yaxşı oynamırdıq. Rəqabətli oyun idi. Hissənin sonlarında pressinq edib topu ələ keçirib, penalti qazandıq. Hücum potensialını artırmağa başladıq. Rəqib 3:0 qalib gələ də bilərdi. Futbolun bir hissəsidir. Əsas üstünlüyümüz nə idi? "Neftçi"nin çoxsaylı itkiləri var idi. İkinci hissədə ehtiyat qüvvəmiz rəqibdən daha geniş idi. Burada 1:2 uduzduğumuz matçda "Neftçi" "Zirə"ni üstələyirdi. Samir Abasovun ehtiyat qüvvəsi var idi. O faktlar da ola bilər. İkinci hissədə daha riskli oynayırdıq. İkinci qoldan sonra pauza götürdük.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi





