İngiltərə millisinin hücumçusu Harri Keyn yığmadakı rekordunu yeniləyib.
Milli.Az xəbər verir ki, 31 yaşlı forvard 2026-cı il dünya çempionatının seçmə mərəhləsində Albaniyaya qol vurmaqla bunu bacarıb.
K qrupunun matçında fərqlənən futbolçu ümumilikdə yığmanın heyətində 70-ci qolunu vurub.
Keyn hazırda İngiltərə yığmasının tarixində ən çox qol vuran futbolçudur. İkinci pillədə 53 qolla Ueyn Runi qərarlaşıb.
Milli.Az