Harri Keyn İngiltərə millisindəki rekordunu yenilədi

22 Mart 2025 23:00

İngiltərə millisinin hücumçusu Harri Keyn yığmadakı rekordunu yeniləyib.

Milli.Az xəbər verir ki, 31 yaşlı forvard 2026-cı il dünya çempionatının seçmə mərəhləsində Albaniyaya qol vurmaqla bunu bacarıb.

K qrupunun matçında fərqlənən futbolçu ümumilikdə yığmanın heyətində 70-ci qolunu vurub.

Keyn hazırda İngiltərə yığmasının tarixində ən çox qol vuran futbolçudur. İkinci pillədə 53 qolla Ueyn Runi qərarlaşıb.

Milli.Az