İdman

"Qalatasaray"da yeni oyunçu - FOTO

10 Fevral 2025 21:34
Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqa təmsilçilərindən "Qalatasaray" növbəti transferini gerçəkləşdirib.

Milli.Az xəbər verir ki, "sarı-qırmızılılar" "Lens"dən Prjemislav Frankovskini heyətinə qatıb.

Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Polşa millisinin üzvü mövsümün qalan hissəsini icarə əsasında "Qalatasaray"da keçirəcək.

Oyunçunun yaxın zamanda Türkiyəyə gələcəyi gözlənilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu cari mövsümdə 21 matça çıxıb, 5 qol və 2 ötürmə ilə yadda qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.