UEFA Çempionlar Liqasında XXI əsrin rekordu qeydə alınıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rekord turnirin Liqa mərhələsinin VIII turunda gerçəkləşib.
Belə ki, UEFA Çempionlar Liqasının bir oyun günündə 64 qol vurulub. XXI əsrdə buna qədər belə bir göstərici qeydə alınmayıb.
Turnir tarixinin bundan əvvəlki rekordu isə 1970-ci ilə aiddir. Həmin vaxt Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) bir oyun günündə 66 qol qeydə alınıb.
Milli.Az