İdman

Daniele Ruqani: “Böyük ləkə qalıb”

25 Oktyabr 2024 11:27
Baxış: 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Start heyətdə oynadığım vaxtdan çox keçib. İlk "11-liy"ə qayıtdığım üçün şadam".

Milli.Az İdman.az-a istinadən bildirir ki, bunu "Ayaks"ın futbolçusu Daniele Ruqani deyib.

İtaliyalı müdafiəçi Niderland klubunun start heyətində ilk dəfə şans qazandığı "Qarabağ"la görüşdən sonra fikirlərini açıqlayıb. Ruqani "11-lik"də yer alması və nəticədən razı qalıb: "Qarabağ"la oyun asan olmadı. Amma biz öz işimizi gördük və bundan məmnun olduq. Özümü yaxşı hiss edirəm. Məşqlərdə həmişə ən yüksək tərzdə hazırlıq keçirdim. Zədədən sonra formamı bərpa edirəm. Əsas heyətin daimi üzvü olmaq üçün vaxta lazım gələcək. Fiziki və mənəvi cəhətdən güclüyəm, buna görə də xoşbəxtəm. Matçdan əvvəl məni böcək sancmışdı. Bədənimdə böyük qırmızı ləkə qalıb. Amma onun yeri məni narahat etmir".

Qeyd edək ki, Ruqani "Qarabağ"la oyunun 59-cu dəqiqəsində əvəzlənib. Bu görüşdə onun komandası 3:0 hesablı səfər qələbəsi qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.