"İnter Mayami"nin futbolçusu Lionel Messi "Tarixin ən yaxşısı" mükafatını qazanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu mükafat "Marca" nəşri tərəfindən təqdim olunub.
37 yaşlı argentinalı hücumçu 6 futbolçu arasında birinci seçilib. İkinci Kriştiano Ronaldo, üçüncü yerdə isə Pele qərarlaşıb.
"Marca"nın "Tarixin ən yaxşısı" siyahısını təqdim edirik:
1. Lionel Messi (Argentina)
2. Kriştiano Ronaldo (Portuqaliya)
3. Pele (Braziliya)
4. Alfredo Di Stefano (Argentina)
5. Dieqo Maradona (Argentina)
6. Yohan Kroyf (Niderland)
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun