İdman

Santuş: Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur

30 Avqust 2024 11:49
Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə yığmanın durumunu açıqlayıb.

- Heyətdə daha çox yerli çempionatda çıxış edən futbolçulardır. Mahir Emreli və Şahruddin Məmmədəliyevin heyətə çağırılmaması nə ilə bağlıdı?

- ⁠Mahir zədəlidir. Ümumiyyətlə, 50 nəfərə yaxın futbolçu siyahısı var idi. Onların arasında seçim etdik. Qeyd etdiyiniz oyunçuların hər biri zədəlidir ona görə də oynamayacaqlar.

- ⁠Uzun müddətdir Bakıdasız. Avrokubok matçlarımızı izlədiniz, idman komplekslərimizlə artıq tanışsınız. Gələcəyə ümidlə baxmaq olar?

- ⁠Reallıqla barışmaq lazımdır. Biz bura gələcək üçün komanda qurmağa gəlmişik. İndi heyətə cəlb etdiyim oyunçular da ilk dəfədir mənimlə işləyəcəklər. Cəmi bir gün məşq etmək imkanımız olacaq. Hansısa köklü bir dəyişiklik etməyə gərək yoxdur. Onlar bizi, biz də onları tanıyacağıq. Komandalarında necə hazırlıq keçiblərsə, elə də olacaq. Gələcəkdə nələrisə dəyişəcəyimizlə bağlı danışmaq tezdir. Rəqabətə davamlı komanda yaratmaq istəyirik. Mümkün qədər çox qol vurmaq lazımdır. Kompakt, istəkli, əzimkar, Vətəninə sadiq bir komanda yaratmaq istəyirik. Milliyə çağırılacaq hər bir futbolçu bizim üçün önəmlidir. Onların heç biri bizim üçün ulduz deyil.

- ⁠Legioner həyatı yaşayanlar sonuncu Millətlər Liqasında daha yaxşı formada idilər. İndi isə daha aşağı səviyyədədilər. Bəs bu barədə nə düşünürsüz?

- ⁠Əsas olan komandadır. Qrup oyunları bizim üçün vacibdir. Mənim üçün bir oyunçu digərindən önəmli deyil, hamı gözümdə bərabərdir. Burada hamımızın əsas məqsədi Azərbaycan naminə yaxşı iş görməkdir və yığmaya elə belə gəlməmişım. Komanda da bu əzimkarlığı yaratmaq lazımdır.

- ⁠Heyətin bu cür açıqlanması bizim üçün də yenilikdir. Premyer Liqa oyunlarından sonra hansısa bir zədələnən olsa, onu əvəzləməyə başqa futbolçu var?

- ⁠Təbii ki, alternativlər var. Avrokubok oyunlarını izlədim. Ölkədən qıraqda oynayan futbolçular da var ki, onların gəlib-getməsi də nəzərə alınıb. Ola bilsin ki, xaricdə oynayanlardan kimsə zədələnsə, onları daha çox yerli çempionatsa çıxış edənlər əvəz edəcək.

- ⁠11 ildən sonra "Turan Tovuz"dan iki futbolçu heyətə dəvət olunub. Bu onların yerli çempionatda lider olması ilə bağlıdır?

- ⁠Biz demək olar ki, bütün oyunları izləyirik. Bunun lider olmaları ilə əlaqəsi yoxdur. Kimi bu heyətə layiq görürüksə, onu dəvət edirik. Bu daim hərəkətdə olan prosesdir. Bu gün biri gələ bilər, daha sonra da gedə bilər. İndi milliyə dəvət olunan futbolçular Premyer Liqanın 4 klubundan olanlardır. Heç kim deyə bilməz ki, gələcək matçlarda digər klublardan da oyunçu olmayacaq. Daha çox onların öz klublarındakı çıxışlarına baxıb dəvət etmişik. Bütün futbolçulara böyük hörmətim var. Bu bir daha göstərir ki, futbolçulaın adını sizin qarşınızda açıqlayım. Bəlkə hansısa sualınız ola bilər.

- Bu oyunlarda nəticə nə dərəcədə önəmlidir?

- ⁠Dünyada elə bir məşqçi yoxdur ki, qələbədən başqa nəyisə düşünsün. İlk olaraq elə bir komanda yaratmaq istəyirik ki, futbolçular inamlı və iddialı, taktiki və texniki cəhətdən yaxşı olsunlar. Rəqiblərimizi yaxşı analiz etmişik. Rəqib komandanın bütün oyunçuları ilə bağlı məlumatımız var. İndiki halda əsas baza əlimdə olan bu futbolçulardır.

- Arif Əsədovdan sonra yığmaya yerli məşqçi təyin olunmayıb. Bunun səbəbi nədir?

- ⁠Əlbəttə, millidə yerli məşqçi olacaq. Bu bizim üçün önəmlidir. Hər bir milli komandada yerli məşqçinin olması vacibdir. Ola bilsin ki, növbəti oyundan öncə bunu açıqlayacağıq.

- Ulduzlar göydə olur, dediniz. Bəs AVRO-2016-da Kriştiano Ronaldo da göydə idi?

- ⁠Fikrimcə, bu uğura görə tək o yox, bütün komanda ulduz sayılır.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.