İdman

Tarix yazan Gürcüstan millisi Tiflisdə belə qarşılandı - FOTOlar

2 İyul 2024 20:18
Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində iştirak edən Gürcüstan milli komandası vətənə qayıdıb.

Milli.Az xəbər verir ki, yığmanın futbolçularını gətirən təyyarə səhər saat 5-də Tiflis Beynəlxalq Hava Limanına enib.

Millini qarşılamağa gələn xeyli sayda azarkeş mərkəzi küçələrdə bayraqlar və şüarlarla futbolçuları salamlayıb.

Qeyd edək ki, Gürcüstan millisi Avro-2024-ün qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb. Villi Sanyolun komandası 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.