İdman

Azarkeşdən Ronaldoya - “Bu gecə fanatın deyiləm”

2 İyul 2024 10:08
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün AÇ 2024-ün 1/8 finalında Portuqaliya ilə Sloveniya arasında keçirilmiş görüşdə azarkeşlərdən biri üstündə maraqlı yazı olan forma göstərib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin formanın üzərində Ronaldoya aid bu sözlər yazılıb: 

"K. Ronaldo, mən 20 ildən çoxdur ki, sənin ən böyük fanatınam, amma bu gecə yox". 

Azarkeşin bunu etməsinə səbəb isə Ronaldonu Portuqaliya millisində görmək istəməməsi olub. Belə ki, portuqaliyalı azarkeş K. Ronaldonun artıq yığmaya ziyan vurduğu qənaətinə gəlib. 

Qeyd edək ki, Portuqaliya penaltilər seriyasında 3:0 hesablı qələbə ilə 1/4 finala adlayıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.