İdman

İspaniya - Gürcüstan: RƏQABƏT TARİXİ

30 İyun 2024 12:46
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Kölndə ABRO-2024-ün pley-offunun 4-cü oyunu - İspaniya - Gürcüstan matçı keçiriləcək.

Milli.Az İdman.Biz-ə istinadən oyun öncəsi komandaların rəqabət tarixini nəzərdən keçirir.

Komandalar indiyə kimi cəmisi 7 dəfə qarşılaşıblar. Ümumi top fərqi 19-4 olmaqla, 6 görüşdə ispanlar qalib gəlib, 1-də gürcülər.

Cənubi qafqazlıların yeganə qələbəsi 2016-cı ilin yoldaşlıq matçına təsadüf edib. O vaxt hələ son Avropa çempionu titulunu daşıyan pireneylilər titulu qorumaq üçün getdikləri yarışın başlanmasına 3 gün qalmış heyətin son sınağını keçirərkən zərbə sayında 17-nin 4-ə, topa sahib olmada 76-nın 24-ə, künc zərbələrində 11-in 0-a olan üstünlüklərinə baxmayaraq, Xetafedə gürcülərdən 0:1-lik məğlubiyyət alıblar.

Komandaların rəqabətinə start isə həmin oyundan 4 il əvvəl dünya çempionatının seçmə oyunlarında verilib. İspanlar səfərdə 1, bir il sonra evdə isə 2 cavabsız qolla qalib gəliblər.

2021-ci ildə mundial seçmələri komandaları yenə üz-üzə gətirib. Gürcüstanda Xviça Kvaratsxeliyanın hesabı açmasına baxmayaraq, İspaniya yekunda 2:1 hesabı ilə qalib gəlib. İspaniyadakı oyunda eyni tərəfin üstünlüyü artıq 4:0 olub.

Komandalar hazırkı Avropa çempionatının seçmələrində də qarşılaşıblar. Hər iki görüş ötən ilin payızında baş tutub. Gürcüstandakı ilk matç qonaqların 7:1 hesablı qələbəsi ilə nəticələnib. Həmin matçın 74-cü dəqiqəsində 16 yaş 50 günlüyündə fərqlənən Lamin Yamal ölkəsinin yığmasının tarixinin həm ən gənc futbolçusu, həm də qol müəllifi olub. Digər matçda Xviçanın qolu yenə gürcülərə yetərli olmayıb. İspanlar evdə 3:1-lik qələbə qazanıblar.

Qeyd edək ki, bu gün oyun saat 23:00-da başlanacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.